دانلود کتاب Söz Haqqında Söz
by Muxtar Kazımoğlu
|
عنوان فارسی: کلمه درباره ورد |
دانلود کتاب
جزییات کتاب
Dövlətçilik düşüncəsi folklorşünaslıq predmetinə çevrilərkən
bu düşüncəyə, hər şeydən qabaq, arxaik qatlar baxımından yanaşmaq lazım gəlir. Dövlətçilik düşüncəsində arxaik elementlər axtarmaq isə mifologiyadan gələn nöqtələrə diqqət yetirməkdən, qədim dövrlərin inanclar sistemini nəzərə almaqdan
başlanır. Söhbət Azərbaycan dövlətçilik təfəkkürünün arxaik
qatlarından gedirsə, burada, təbii ki, ümumtürk mifologiyasını
bir kontekst kimi götürmədən ötüşmək mümkün deyil. Səbəb
aydındır: Azərbaycan dövlətçiliyi ümumtürk dövlətçiliyinin,
Azərbaycan mifologiyası da ümumtürk mifologiyasının tərkib
hissəsidir. Türk xalqlarında dövlət atributlarının arxaik köklə-
rini vahid bir kontekstdə araşdırmaq Azərbaycan dövlətçilik
düşüncəsini araşdırmağın mühüm bir yoludur. Azərbaycan
dövlətçiliyinin tarixi kökləri ilə bağlı bir sıra vacib suallara
məhz ümumtürk kontekstində cavab axtarmaq bir zərurət
kimi ortaya çıxır.